2019-cu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 17,5% - 9 mlrd. 321,336 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Cari ilin yanvar-sentyabr aylarında bankın kredit portfeli 16,9% - 2 mlrd. 247,125 mln. manatadək artıb (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə - İF).
Sentyabrın sonuna bankın öhdəlikləri 7 mlrd. 829,995 mln. manata (yanvar-sentyabr aylarında artım 15,6%) bərabərdir.
Hesabat dövrünün sonuna ABB-nin depozitlərinin həcmi 5 mlrd. 461,198 mln. manat (artım 25,3%) təşkil edib.
30 sentyabr 2019-cu il tarixinə bankın kapitalı 1 mlrd. 491,341 min manat (artım 16,5%) təşkil edib. ASC-nin nizamnamə kapitalı 1 mlrd. 241,287 mln. manata (dəyişməyib) bərabərdir.
Yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə ABB 322,987 mln. manat (2018-ci ilin analoji dövrü ilə müqayisədə artım 1,2%) xalis mənfəət əldə edib.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur.**
Ə.Məmmədov