Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Mevlüt Çavuşoğlu bu gün Bakıda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyəti və Yaxın Şərqdə cərəyan edən prosesləri müzakirə ediblər.
“Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət, habelə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər barəsində geniş müzakirələr aparıblar. Həmçinin hər iki ölkənin öz təhlükəsizliyinin təmin edilməsi üçün yeritdiyi siyasətin vacibliyi vurğulanıb”, - deyə XİN-in məlumatında bildirilir.
XİN başçıları strateji tərəfdaşlığın regional və qlobal sabitlik və təhlükəsizliyin təşviqi baxımından vacibliyini qeyd ediblər.*
A.Əzizov