Bu gün Bakıda Türk Şurasının Mədəni İrs Fondunun yeni binası açılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Bu gün Fondun yeni binasının açılışı olacaq. Açılışda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvü olan ölkələrin xarici işlər nazirləri iştirak edəcək”, - deyə məlumatda bildirilir.
XİN başçıları Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasından sonra fondun yeni binasının açılışına gediblər.*
F.İsazadə