Hazırda Azərbaycanda dördgünlük iş həftəsinə keçid məsələsi aktual deyil. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Dördgünlük iş həftəsi və ya iş saatlarının azaldılması kompleks məsələdir, bu da əmək və məşğulluq bvazarına ciddi təsir edə bilər”, - Babayev bazar ertəsi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda əməkdaşların əmək haqqları aylıq işin yekunları üzrə hesablanır.
Nazir əlavə edib ki, dördgünlük iş həftəsinə keçid əmək haqqının azalmasına səbəb ola bilər.
“Bu məsələyə (dördgünlük iş həftəsinə keçid – İF) gələcəkdə baxıla bilər”, - Babayev bildirib. **
X.Nəsirzadə