Özbəkistan prezidenti Şavkat Mirziyoyev bazar ertəsi Azərbaycana səfərə gəlib.
“Mirziyoyev 2019-cu il oktyabrın 15-də Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iclasında iştirak edəcək”, - “İnterfaks-Azərbaycan”a Özbəkistanın Bakıdakı səfirliyindən məlumat verilib.
2019-cu ilin sentyabr ayında Özbəkistan Şuraya üzv olmaq məqsədilə prosedurları başa çatdırıb.
Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə TDƏŞ-in üzv-ölkələri, Macarıstan – müşahidəçidir.**
A.Əzizov