Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv olması ilə türkdilli ölkələr arasında ticarət dövriyyəsinin illik həcmi $7 mlrd.-dan $12 mlrd.-a qədər artacaq. Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
“Sabah Özbəkistan TDƏŞ-ə üzv olacaq. Bununla da ticarət dövriyyəsinin illik dəyəri $12 mlrd.-a çatacaq. Hazırda bu rəqəm $7 mlrd. təşkil edir”, - deyə o, bu gün Bakıda keçirilən türkdilli ölkələrin biznes forumunda bildirib.
R.Məmmədovun sözlərinə görə, təşkilat üzvləri arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün yeni investisiya mexanizmləri tətbiq etmək lazımdır. “Türkdilli ölkələrin iqtisadiyyatına yeni investisiya mexanizmlərinin axtarılmasını zəruri hesab edirəm. Belə bir mexanizm birgə investisiya fondunun yaradılması ola bilər", - deyə o əlavə edib.
R.Məmmədov vurğulayıb ki, türkdilli ölkələr Azərbaycan iqtisadiyyatına $12,3 mlrd., Azərbaycan isə bu ölkələrin iqtisadiyyatına $15,3 mlrd. investisiya yatırıb.*
B.Rüstəmbəyov