Özbəkistan üçüncü ölkələrin bazalarına çıxış məqsədilə türkdilli ölkələr arasında kooperasiyanı gücləndirmyi təklif edir. Bunu investisiyalar və xarici ticarət naziri Sardar Umurzakov deyib.
“Bizə MDB, Cənubi Asiya və Afrika ölkələrinin bazarlarına çıxış məqsədilə kooperasiya lazımdır”, - Umurzakov bu gün Bakıda keçirilən tükdilli ölkələrin biznes forumunda bildirib.
O, həmçinin nəqliyyat marşrutlarının inkişafının əhəmiyyətini qeyd edib.
Nazirin sözlərinə görə, Özbəkistan nəqliyyat marşrutlarından kənarda yerləşir və buna görə Mərkəzi Asiya ölkələrini dünya bazarları ilə birləşdirəcək logistika mərkəzlərinin yaradılması zəruridir.
“Biz Azərbaycan və Türkiyə ərzilərindən keçməklə Avropa və Yaxın Şərq ölkələrinə tranzit marşutlarında maraqlıyıq”, - nazir bildirib.
O əlavə edib ki, 2019-cu ilin 8 ayının yekunları üzrə Özbəkistanın türkdilli ölkələrlə ticarət dövriyyəsi $5 mlrd. təşkil edib, bu da ötən ilin göstəricisindən 20% çoxdur.
O cümlədən, nazir vurğulayıb ki, hazırda Özbəkistanda türkdilli ölkələrdən 2,1 min şirkət fəaliyyət göstərir. “Bu, xarici kapital ilə bütün şirkətlərin 25%-ni təşkil edir”, - Umurzakov bildirib. **
B.Rüstəmbəyov