Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov bu gün Azərbaycana gəlib.
“S.Jeenbekov oktyabrın 15-də Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək”, - deyə Qırğızıstan səfirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan TDƏŞ-in üzvüdür, Macarıstan isə müşahidəçi statusuna malikdir.*
Ə.Məmmədov