Türk Şurası Ticarət-Sənaye Palatasının prezidenti Rifat Hisarçıklıoğlu türkdilli ölkələrin əməkdaşlığı üzrə Şuraya üzv ölkələri arasında ticarət əməliyyatları zamanı gömrük rüsumlarını sıfırlamağı təklif edib.
“Dövlətlərimizin liderləri, nazirlərə (iqtisadiyyat - İF) müraciət edərək Aİ ölkələrinin etdiyi kimi, ölkələrimiz arasında ticarət əngəllərini aradan qaldırmağı xahiş edəcəyəm”, - Hisarçıklıoğlu bu gün Bakıda keçirilən tükdilli ölkələrin biznes forumunda bildirib.
O, həmçinin qeyd edib ki, Xəzər dənizini tranzit marşrut kimi daha səmərəli istifadə etmək lazımdır.
“Bu halda biz tranzit marşrutlarımızı daha effektiv edə biləcəyik, bu da təbii olaraq ticarət dpvriyyəsinin artlmasına təsir edəcək”, - o əlavə edib.
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iclası keçiriləcək.
Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə TDƏŞ-in üzv-ölkələri, Macarıstan – müşahidəçidir.**
B.Rüstəmbəyov