Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Rusiya ilə əməkdaşlığın genişləndirilməsinə yönələn bir sıra sənədləri təsdiq edib. Bu barədə “Interfaks-Azərbaycan”a Prezident Administrasiyasından məlumat verilib.
Xüsusilə, Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında sazişi təsdiq edib. Sənəd 2019-cu il iyunun 7-də Sankt-Peterburq şəhərində imzalanıb.
Bundan başqa, prezident Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında sazişi təsdiq edib. Bu sənəd 2019-cu il mayın 24-də Bakı şəhərində imzalanıb. **
A.Əzizov