NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan Azərbaycana gəlib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Məlumata əsasən, Turan səfər çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, “N” nömrəli hərbi hissə və Müdafiə Nazirliyinin Beynəlxalq hərbi Əməkdaşlıq İdarəsini ziyarət edəcək.
Qeyd olunub ki, kontr-admiral “NATO bu gün və gələcəkdə”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun hərbi məsələləri”, “NATO-nun Əməliyyat İmkanları Konsepsiyası və Azərbaycan Ordusu” və digər mövzularda mühazirələr və təqdimatlar təqdim edəcək.
Azərbaycanda “NATO günləri” oktyabrın 18-də başa çatacaq. **
X.Nəsirzadə