Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Bakıda keçirilən danışıqlar zamanı iqtisadi sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə ediblər.
“İki ölkənin liderləri görüş zamanı siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi bildiriblər. Bundan əlavə, prezidentlər iqtisadi sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə ediblər”, - Azərbaycan prezidentinin saytında dərc olunan məlumatda deyilir.
Dövlət başçıları iqtisadiyyat sahəsində ötən il TANAP boru kəmərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətini xüsusi vurğuladılar.
“O cümlədən, görüşdə müdafiə sənayesi, təhsil, turizm, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olundu. Həmçinin, liderlər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar”, - məlumatda qeyd edilir. **
A.Əzizov