Azərbaycan prezidenti İlham Əliyev və Macarıstanın baş naziri Viktor Orban bazar ertəsi Bakıda energetika, ticarət-iqtisadi səhədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
V.Orban oktyabrın 15-dəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün bazar ertəsi Bakıya səfərə gəlib.
“Sizin səfəriniz çox müsbət olan ikitərəfli gündəliyimizi müzakirə etmək üçün yaxşı fürsətdir.Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir”, - Azərbaycan liderinin saytında Əliyevin sözlərindən sitat gətirilir.
Öz növbəsində, Orban qeyd edib ki, iki ölkə arasında olan iqtisadi əməkdaşlığı daha da artırmaq lazımdır. “Bizim artıq burada yaxşı sərmayə qoyuluşlarımız, yaxşı əməkdaşlığımız var. Hesab edirəm ki, iqtisadi cəhətdən iki ölkə arasında əməkdaşlıq çox ümidvericidir”, - baş nazir əlavə edib. **
A.Əzizov