Azərbaycan prezidenti İlham Əliyev 2020-ci ilin ikinci yarısında Qırğızıstana rəsmi səfər etməıyi planlaşdırır.
Əliyev bazar ertəsi Bakıda Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov ilə danışıqlar aparıb. Bu barədə Qırğızıstan prezidentinin saytında məlumat verilir.
“Jeenbekov Azərbaycan prezidentini Qırğızıstana rəsmi səfərə dəvət edib. Əliyev dəvətə görə minətdarlığını bildirərək, qeyd edib ki, 2020-ci ilin ikinci yarısında Bişkekə səfər etməyi planlaşdırır”, - məlumatda qeyd edilir.
O cümlədən, Əliyev qeyd edib ki, bu gün ikitərəfli münasibətlərin perspektivlərini müzakirə etmək üçün yaxşı fürsətdir. O vurğulayıb ki, TDƏŞ-in ötən il Çolpon-Ata şəhərində keçirilən sammitində məsələlərin geniş spektri müzakirə olunub.
“Biz bu gün dialoqumuzu davam etdiririk. Əminəm ki, siyasi, iqtisadi, humanitar və digər sahələrdə gələcək əməkdaşlıq məsələlərini müzakirə edəcəyik”, - Əliyev bildirib.
Azərbaycan prezidenti Qırğızıstanın Türk Şurasında səmərəli sədrliyinə görə Jeenbekova minnətdarlığını bildirib O qeyd edib ki, Türk Şurasına sədrliyi qəbul edərək gələn il ərzində Təşkilata üzv ölkələri arasında həmrəylik və qarşılıqlı dəstəyin möhkəmlənməsinə və əməkdaşlığın real məzmunla zənginləşməsi üçün səy göstərəcək.
Öz növbəsində, Jeenbekov qeyd edib ki, bu yaxınlarda Bişkek şəhərində iqtisadi və humanitar əməkdaşlıq üzrə Qırğızıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın iclası uğurla keçirilib. O, bu iclasın xüsusilə ticarət-iqtisadi sahədə ikitərəfli münasibətlərə yeni təkan verəcəyinə əminlik ifadə edib.
“Biz hər zaman çalışırıq ki, münasibətlərimiz əminliklə və qarşılıqlı səmərəli şərtlərlə fəal şəkildə inkişaf etsin”, - o vurğulayıb. **
A.Əzizov
”