Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakıda keçirilən türkdilli ölkələrin biznes forumu çərçivəsində əməkdaşlığa dair 4 sənəd imzalayıb.
KOBİA-da qeyd edibər ki, biznes forum çərçivısində, o cümlədən Türkiyənin “Ziraat Bank Azərbaycan” ASC və “Türkiyə İhracat Bankası” (TurkEximbank) arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalayıb.
Bundan başqa, Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA), Türk Katılım Bankları Birliyi (TKBB) və Özbəkistanın İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində Kiçik Biznes və Sahibkarlığın İnkişafı Agentliyi arasında 3 anlaşma memorandumu imzalanıb.
Həmçinin, məlumat verilib ki, KOBİA “Türkdilli Dövlətlərinin Əməkdaşlıq Şurasının üzv ölkələrinin kiçik və orta sahibkarlıq üzrə məsul dövlət qurumları arasında Anlaşma Memorandumuna” qoşulub.
Bundan əlavə, KOBİA Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondu, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı (KOSGEB) ilə anlaşma memorandumları imzalayıb. **
B.Rüstəmbəyov