“Azərişıq” ASC müxtəlif kabellərin satın alınmasına 19 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, bu məqsədlə “Azərişıq”
“QLOBAL-ELEKTRO” MMC ilə 18 mln. 774,346,93 manat dəyərində müqavilə imzalayıb.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
B.Rüstəmbəyov