Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan və ATƏT-in Minsk qrupunun həmsədrləri (Frans, ABŞ və Rusiya nümayəndələri) çərşənbə axşamı İrəvanda keçirilən görüş zamanı Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər. Bu barədə Ermənistan XİN-in mətbuat xidmətindən məlumat verilir.
“Mnatsakanyan və həmsədrlər sülh yolu ilə həll prosesində tərəflərin mövqelərinə toxunublar. Ermənistan XİN rəhbəri sülh prosesində bərabər öhdəliklərin təminatının zəruriliyini vurğulayıb. Həmsöhbətlər gələcək addımlara dair fikir mübadiləsi apardılar”, - məlumatda deyilir.
Görüş iştirakçıları sülh üçün əlverişli mühitin formalaşması və regionda gərginliyin azalmasının vacibliyini vurğulayıblar. **