Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrə İT texnologiyaları və yaşıl iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirməyi təklif edib.
"İT texnologiyaları və yaşıl iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirməyi təklif edirəm", - deyə o, TDƏŞ-in 7-ci Zirvə Görüşündə bildirib.
Prezident, həmçinin qeyd edib ki, TDƏŞ ölkələri kənd təsərrüfatı sahəsində və nəqliyyat dəhlizləri ilə bağlı əməkdaşlığı genişləndirə bilər.
"Qırğızıstan və Qazaxıstanın Avrasiya İqtisadi Birliyinə üzv olması TDƏŞ-dəki tərəfdaşlarımız üçün 190 mln. nəfəri əhatə edən bazar açır", - deyə S.Jeenbekov əlavə edib.*
F.İsazadə