Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədrliyi dövründə ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə səy göstərəcək. Bunu prezident İlham Əliyev deyib.
“Şura siyasət, iqtisadiyyat, turizm və s. sahələrdə mühüm rol oynayır”, - Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşündə çıxışı zamanı bildirib.
Şuraya sədrlik Qırğızıstandan Azərbaycana keçib.
“Azərbaycan TDƏŞ-də sədrliyi qəbul edir. Biz üzv ölkələri arasında münasibətlərin dərinləşməsi və genişlənməsi üçün daha artıq səy göstərəcəyik”, - prezident qeyd edib.
Əliyev bəyan edib ki, bu il TDƏŞ-nin yaranmasının 10 ili tamam olur. TDƏŞ-in ilk sammiti Azərbaycanın Naxçıvan Muxtar Rspublikasında keçirilib.
“Bildiyiniz kimi, Naxçıvan Azərbaycanın materik hissəsindən ayrılıb. Onların arasında Zəngəzur yerləşir. Zəngəzurun Ermənistana verilməsi Türk dünyasında coğrafi parçalanma yaratdı”, - prezident vurğulayıb.
İ.Əliyev qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində məscidləri dağıdan Ermənistan islam dünyasının dostu ola bilməz. “Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini məhv edir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur və onların yerinə yetirilməsi üzrə öhdəliklərdən boyun qaçırır”, - o vurğulaylıb.
Əliyev əlavə edib ki, 2019-cu ilin 9 ayı ərzində Azərbaycana 2,4 mln. turist səfər edib. “Onların 330 min nəfəri tükdilli dövlətlərin payına düşüb. Bir il öncə həmin ölkələrdən turistlərin sayı 285 min nəfər olub”, - o bildirib.
Sammit çərçivəsində Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev TDƏŞ-in ali ordeni ilə təltif olunub. Azərbaycan prezidenti İlham Əliyev ordeni elbasıya təqdim edib. **
F.İsazadə