Qazaxıstanın birinci prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəxri sədri Nursultan Nazarbayev Şuranı Türk Dövlətləri Təşkilatı adlandırmağı təklif edib.
“İki təklifim var - “Türk Baxışı 2040” proqramının hazırlanması və TDƏŞ-in adının dəyişdirilməsi. Hesab edirəm ki, Şuranı təşkilat səviyyəsinə qaldırmaq mümkündür. Bununla əlaqədar şuramızı Türk Dövlətləri Təşkilatı adlandıra bilərik”, - deyə N.Nazarbayev bu gün Bakıda TDƏŞ-in 7-ci Zirvə Görüşündə bildirib.
TDƏŞ 2009-cu ildə yaradılıb. Təşkilatın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədir, Macarıstan isə müşahidəçi statusuna malikdir.*
F.İsazadə