Türkiyə birinci mərhələdə Suriyaya 1 mln. qaçqını, ikinci mərhələdə - daha 2 mln. nəfəri qaytaracaq. Bunu prezident Rəcəb Tayyip Ərdoğan deyib.
“İnşallah, qısa zaman ərzində İraqa qədər səhədimizi təhlükəsiz vəziyyətə gətiriləndən sonra ilk mərhələdə 1 mln. qaçqın, ikinci mərhələdə - daha 2 mln. nəfər Suriyaya qayıdacaq”, - Ərdoğan bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşündə çıxışı zamanı bildirib. **
F.İsazadə