Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə kömək etməyə davam edəcək. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Azərbaycan torpaqlarının - Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyondan çox insan evlərini tərk etməyə məcbur olub. BMT Baş Assambleyasının iclasında qeyd edildiyi kimi, bu, qəbuledilməz vəziyyətdir", – deyə R.Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu gün Bakıda keçirilən VII Zirvə Görüşündə bildirib.
Onun sözlərinə görə, Ankara Dağlıq Qarabağ probleminin ən qısa müddətdə Azərbaycanın ərazi bütövlüyü əsasında sülh yolu ilə həlli üçün bundan sonra da əlindən gələni edəcək.*
F.İsazadə