Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, Türkmənistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmasına şad olardı.
“TDƏŞ-in növbəti sammiti Türkiyədə keçiriləcək. Həmin tədbirdə Türkmənistanı görməyə şad olardıq. Bir xalqın 6 dövlətinin (türk – İF) hər biri tam tərkibdə birlikdə olacaq”, - Ərdoğan bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) 8-ci Zirvə görüşünün 2020-ci ildə keçirilməsi planlaşdırılır.
TDƏŞ 2009-cu ildə yaradılıb. Təşkilatın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədir, Macarıstan - müşahidəçi ölkədir. **
F.İsazadə