Çərşənbə axşamı saat 10:30 radələrində Kürdəmir rayonunda Sığırlı stansiyasında fövqəladə hadisə baş verib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilir.
“Qatar dəmir yolu xəttini keçmək istəyən şəxsi vurub”, - ADY-dən bildiriblər.
Məlumata əsasən, elektrovoz Sığırlı kənd sakini, eşitmə qüsurlu Mirzə Talıb oğlu Şəmiyevi vurub.
“Maşinist dərhal səs siqnalları verərək tormozlama aparıb. Lakin məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə, Şəmiyev müxtəlif bədən xəsarəti alıb”, - məlumatda vurğulanır.
Səhiyyə Nazirliyinin məlumatına görə, xəsarət alan şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla əlaqədar araşdırma aparılır. **
X.Nəsirzadə