“Kapital Bank” 2019-cu ilin yanvar-sentyabr aylarında aktivlərini 7,8% - 4 mlrd. 7,548 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2019-cu il tarixinə bankın kredit portfeli 1 mlrd. 721,511 mln. manata (artım 14,7%) bərabərdir.
Hesabat dövrünün sonuna “Kapital Bank”ın öhdəlikləri 3 mlrd. 615,485 mln. manat (artım 8,1%) təşkil edir.
Oktyabr ayının əvvəlinə bankın depozit portfeli 3 mlrd. 193,557 mln. manata (artım 8,3%) bərabərdir.
Sentyabrın 30-na bankın məcmu kapitalı 392,063 mln. manat (artım 5,4%), nizamnamə kapitalı 225,85 mln. manat (dəyişməyib) təşkil edir.
Hesabat dövründə “Kapital Bank”ınxalis mənfəəti 99 mln. 654 min manat (artım 40,2%) təşkil edib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların beşliyinə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,87%) və fiziki şəxslərdir (0,13%).*
Ə.Məmmədov