“Cənub Qaz Dəhlizi” QSC 2019-2021-ci illər üzrə maliyyə hesabatının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun auditinin aparılması üçün auditor seçir.
Bu məqsədlə CQD tender elan edib.
Tenderin şərtlərinə əasasən, qalib cəmiyyətin 2019-2021-ci illər üzrəmaliyyə hesabatını keçirəcək.
İştirak haqqı 100 manatdır.
Tender üzrə təkliflərin qəbulu 27 noyabr saat 17:00-dək qəbul olunur. Tebder təklifləri 29 noyabr saat 16:00-da qiymətləndiriləcək.
“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri təxminən $40 mlrd.-dır.
Cənub Qaz Dəhlizinin (CQD) yaradılması layihəsi çərçivəsində “Cənub Qaz Dəhlizi” QSC-nin ümumi xərcləri $9,87 mlrd. təşkil edib. Azərbaycan CQD-nin bütün seqmentləri üzrə öz payı çərçivəsində layihənin reallaşdırılmasına təxminən $10,1 mlrd. yatırmalıdır.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.**
A.Əzizov