Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov çərşənbə axşamı Strasburqda Avropa Konvensiyasına dördüncü protokolu imzalayıb. Bu barədə Avropa Şurasının saytında məlumat verilir.
Ekstradisiya haqqında Avropa Konvensiyası 50 ölkə tərəfindən ratifikasiya edilib. Azərbaycanda Konvensiya 2002-ci ildə qüvvəyə minib. Konvensiya siyasi və ya hərbi cinayətlər barəsində tətbiq olunmur. Bundan əlavə, Konvensiyanın üzvü olan istənilən dövlət vətəndaşlarını xarici dövlətə ekstradisiyasından imtina edə bilər.
“Avropa Konvensiyasına imzalanan ekstradisiya haqqında Dördüncü protokoluna onun müasir dünyanın tləblərində adaptasiyası məqsədilə Konvensiyanın bir sıra müddəalarına düzəlişlər və əlavələr daxildir. Bu protokolun müddəaları ekstradisiya müddəti, xahiş və qoşma sənədlər, konkretlik qaydaları, üçüncü ölkəyə verilməsi, həmçinin kanallar və əlaqə vasitələrinə dair məsələlər daxildir”, - Avropa Şurası qeyd edir. **
A.Əzizov