2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan 23 mln. 254,022 min ton bəyan edilmiş neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac olunmuş $11 mlrd. 267 mln. 61,85 min dəyərində neftin bəyan edilmiş həcmi 23 mln. 254,022 min ton təşkil edib”, - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar-sentyabr aylarında ixrac edilmiş $11 mlrd. 588 mln. 26,23 min dəyərində neftin bəyan edilmiş həcmi 21 mln. 945,925 min ton təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə neft ixracı miqdar ifadəsində 6% artıb, dəyər ifadəsində 2,8% azalıb.
2019-cu ilin 9 ayı ərzində Azərbaycan $1 mlrd. 810 mln. 567,86 min dəyərində 9 mlrd. 103 mln. 228,65 min kubmetr bəyan edilmiş qaz ixrac edib.
2018-ci ilin yanvar-sentyabr aylarında ixrac edilmiş 1 mlrd. 28 mln. 245,98 min dəyərində qazın bəyan edilmiş həcmi 5 mlrd. 262 mln. 743,4 min kubmetr təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə qaz ixracı miqdar ifadəsində 73%, dəyər ifadəsində 76,1% artıb.
2018-ci ildə Azərbaycandan ixrac olunmuş $15 mlrd. 719 mln. 482,37 min dəyərində neftin bəyan edilmiş həcmi 29 mln. 498,337 min ton, $1 mlrd. 499 mln. 385,84 min dəyərində qazın bəyan edilmiş həcmi 7 mlrd. 900 mln. 12,99 min kubmetr təşkil edib.*
A.Əzizov