"PAŞA Bank” 2019-cu ilin yanvar-sentyabr aylarında aktivlərini 6,7% - 4 mlrd. 383,325 mln. manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın 30-na bankın kredit portfeli 1 mlrd. 681,818 mln. manat (artım 27,3% - İF) təşkil edib. Bundan başqa, aktivlərin strukturunda 1 mlrd. 157,219 mln. manat (azalma 19,7%) satış üçün nəzərdə tutulmuş investisiya qiymətli kağızlarının payına düşür.
Hesabat dövrünün sonuna “PAŞA Bank”ın öhdəlikləri 3 mlrd. 914,216 mln. manata (azalma 8,5%) bərabərdir.
Bu dövrdə bankda müştəri hesabları 3 mlrd. 311,614 mln. manat (azalma 15,6%) təşkil edir.
Sentyabrın 30-na bankın kapitalı 469,109 mln. manata (artım 12,2%), nizamnamə kapitalı 333 mln. manata (dəyişməyib) bərabərdir.
“PAŞA Bank” üçüncü rübdə 64,596 mln. manat məbləğində xalis mənfəətlə (2018-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə artım 28,1% - İF) başa vurub.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ən iri özəl bankıdır. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.**
Ə.Məmmədov