İndiyədək Azərbaycanda ümumilikdə 2,069 mlrd. ton neft hasil edilib.
“Bu günədək Azərbaycanın dəniz yataqlarından 1,09 mlrd. ton, quru yataqlarından isə 979 mln. ton neft hasil edilib”, - deyə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov bu gün Bakıda keçirilən illik Xəzər Texniki Konfransında bildirib.
Onun sözlərinə görə, indiyədək Azərbaycanda 852 mlrd. kubmetr qaz hasil edilib ki, bunun da 714 mlrd. kubmetri dənz yataqlarının, 138 mlrd. kubmetri isə quru yataqlarının payına düşüb.
Y.Lətifov həmçinin qeyd edib ki, hazırda ölkə ərazisində aşkar edilmiş 28 dəniz neft-qaz yatağından 19-u, 53 quru yatağından isə 40-ı işlənməkdədir.*
B.Rüstəmbəyov