2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM 2,5% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
8 ayın yekunları üzrə Azərbaycanda ÜDM-in artımı 2,4% təşkil edib Cari ilin yanvar-sentyabr aylarında ÜDM-nin nominal həcmi 58 mlrd. 464,2 mln. manat təşkil edib.
2019-cu ilin 8 ayı ərzində neft-qaz sektorunda ÜDM-in artımı 1,1%, qeyri-neft sektorunda 3,5% təşkil edib.
Bu dövrdə ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 5 min 910,1 manat təşkil edib.
Statistik məlumatlara əsasən, hesabat dövründə tikinti istisna olmaqla (azalma 5,6%) bütün sahələrdə artım qeydə alınıb.
Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,2 % artacağını proqnozlaşdırır.
2018-ci ildə Azərbaycanda ÜDM 1,4% artıb.**
A.Əzizov