2019-cu ilin sentyabr ayında Azərbaycanda inflyasiya avqust ayında qeydə alınmış 0,3% səviyyəsində deflyasiyaya qarşı 0,3% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2019-cu ilin sentyabr ayında respublikada inflyasiya 0,3% təşkil edib. Bundan başqa, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7%, qeyri-ərzaq mallarının qiymətləri 0,1% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb”, - deyə məlumatda bildirilir.
2019-cu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,5%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4% bahalaşıb.
Azərbaycan hökuməti 2019-cu ildə orta illik inflyasiyanı 2,8% səviyyəsində proqnozlaşdırır.
2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.*
A.Əzizov