Azərbaycan 2019-cu ilin yanvar-sentyabr aylarında 1 mlrd. 455 mln. 380,8 min kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvar-sentyabr aylarında Azərbaycandan $62 mln. 947,47 min dəyərində 1 mlrd. 455 mln. 380,8 min kVt/saat elektrik enerjisi ixrac olunub”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan $59 mln. 637,38 min dəyərində 1 mlrd. 266 mln. 198,21 min kVt/saat elektrik enerjisi ixrac edib. Beləliklə, 2019-cu ilin yanvar-sentyabr aylarında respublikadan elektrik enerjisinin ixrac həcmi miqdar ifadəsində 14,9%, dəyər ifadəsində 5,6% artıb.
2018-ci ildə Azərbaycandan $65 mln. 627,72 min dəyərində 1 mlrd. 397 mln. 323,76 min kVt/saat elektrik enerjisi ixrac olunub.
Azərbaycan Gürcüstan, Türkiyə, Rusiya və İrana elektrik enerjisi ixrac edir.*
Ə.Məmmədov