Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ilin yanvar-sentyabr aylarında işəgötürən və əməkdaşlar arasında imzalanan əmək müqavilələrin sayında artım olduğunu qeyd edir.
“Əmək müqavilələrinin sayı 2018-ci ilin 9 ayı ilə müqayisədə 126 min artaraq 1 mln. 528 min 246 müqavilə təşkil edib”, - nazirlikdən qeyd olunub.
Yeni müqavilələr arasında (126 min) əsas hissə özəl sektorda imzalanan əmək müqavilələrinin payına düşüb (72,2%).
“9 ay ərzində imzalanan yeni əmək müqaviləsinin 35 mini dövlət, 91 mini özəl sektorunda bağlanıb”, - nazirlikdən izah ediblər. **
X.Nəsirzadə