Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) oktyabrın 19-da Milli Şuranın mitinqinə razılıq verib. Bu barədə “İnterfaks-Azərbaycan”a meriyanın mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.
“Müxalifət meriyaya müraciətində mitinq keçirmək istədikləri 3 yeri təqdim edib. Hər üçü şəhərin mərkəzi, müxtəlif metro stansiyaları yaxınlığında yerləşir”,- Kərimov qeyd edib.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, metro yaxınlığında bu cür mitinqlərin keçirilməsinə icazə verilmir. Nəticədə, BŞİH mitinqin oktyabrın 19-da Lökbatan qəsəbəsində keçirilməsinə razılıq verib.
“Mitinq saat 15:00-dan 17:00-dək keçiriləcək. Mitinqin şüarlarından biri - sərbəst toplaşmaq azadlığının təminatıdır”, - Kərimov əlavə edib.
Son dəfə Bakı meriyası 2019-cu ilin yanvar ayında müxalifətin mitinqinə icazə verib. **
F.İsazadə