Ermənistan və Azərbaycanın xrici işlər nazirlərinin Qarabağ nizamlanmasına dair yeni görüşü dekabrda Bratislavada keçirilə bilər. Bu barədə ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov məlumat verib.
“Hər iki ölkənin XİN rəhbərlərinin razılığı olarsa görüş dekabrda Bratislavada baş tuta bilər. Arzu edilərsə, biz bu görüşü təşkil edə biərik”, - Popov Xankəndidə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, həmsədrlər Vyanada görüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin müzakirə etdikləri bir sıra humanitar məsələlərə dair vasitəçilərin mövqeyi və fikirlərini təqdim ediblər.
“Biz, həmçinin jurnalistlərin mübadiləsi imkanı (Ermənistan və Azərbaycana qarşılıqlı səfərlər çərçivəsində - İF), o cümlədən həbs olunan şəxslərlə bağlı məsələyə toxunduq. Bununla bağlı bir sıra ideyalarımız var, onların ətrafında iş davam edir. Bu yaxınlarda həmsədrlər Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə görüşüblər. Görüşdə bu məsələ də müzakirə olunub”, - Popov qeyd edib. **