“Bakı Metropoliteni” QSC Bryansk elmi müəssisəsindən tunellər üçün telefon aparatları alacaq. Bu barədə Rusiya mətbuatı xəbər verir.
“Bryansk elmi müəssisəsi öz məhsullarının Bakı Metropoliteninə tədarükü ilə bağlı sifariş alıb”, - deyə məlumatda bildirilir.
Bu aparatlar tunellərdə təxminən hər 50 metrdən bir, eləcə də stansiyalarda və keçidlərdə quraşdırılmaqla metroda təhlükəsizliyin təmin edilməsinə xidmət edir.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. Metro ilə ildə 200 mln. nəfərdən çox sərnişin daşınır.*
B.Rüstəmbəyov