Azərbaycan prezidenti İlham Əliyev qarşıdakı həftələr ərzində 2020-ci ilin büdcəsinin parametrləri ilə əlaqədar müzakirələri başa çatdırmağı tapşırıb.
“Qarşıdakı həftələr ərzində gələn ilin büdcəsinin parametrləri ilə əlaqədar çox fəal iş aparılmalıdır. Gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır. Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır”, - Əliyev 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın sosial-iqtisadi inkişafına həsr olunan iqtisadi müşavirədə bildirib.
Onun sözlərinə görə, “gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır”, - prezident vurğulayıb.
Dövlət başçısı dövlət qurumlarının rəhbrələrini dövlət büdcəsindən almaq istədikləri xərclərin şişdirilməsinin qəbuledilməz olduğunu barədə xəbərdarlıq edib. Eyni zamanda, prezident qeyd edib ki, dövlət orqanları rəhbərləri rəqəmləri “havadan götürürlər”.
Əliyev hökumət, nazilrik İqtisadiyyat və Maliyyə nazirliklərinə dövlət şirkələtri və dövlət təşkilatlarının xərclərinə real rəqəmləri aşkar etməyi tapşırıb. “Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik”, - o əlavə edib.
Maliyyə naziri Samir Şərifov iclasda qeyd edib ki, 2020-ci il üçün dövlət büdcəsi layihəsinin hazırlanması zamanı neftin qiyməti ilə bağlı xeyli müzakirələr aparılıb və neftin 55 dollar/barrel qiyməti üzərində dayanılıb. **
A.Əzizov