Azərbaycan hökuməti 2020-ci il üçün ÜDM-nin artım proqnozuna yenidən baxıb və 3%-dək yaxşılaşdırıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Daha əvvəl hökumət gələn il üçün ÜDM-nin artımını 2,4%, o cümlədən qeyri-neft sektoru üzrə artımı 3,3% səviyyəsində proqnozlaşdırmışdı.
“Gələn il üçün ÜDM-nin artım proqnozu 3%-dir. Qeyri-neft sektoru üzrə 3,8% artım proqnozlaşdırmışıq və bu, artıq Maliyyə Nazirliyinin investisiya ilə əlaqədar etdiyi düzəlişlərlə birbaşa bağlıdır”, – deyə nazir bildirib.
Maliyyə Nazirliyinin qiymətləndirmələrinə görə, 2020-ci ildə dövlət əsaslı vəsait qoyuluşlarının həcmi gələn ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulduğundan 1,3 mlrd. manat çox olacaq.
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM-nin artımı 2,5%, qeyri-neft sektoru üzrə artım 3,5% olub.
2018-ci ildə ÜDM 1,4% artıb.*
A.Əzizov