Azərbayxan XİN başçısı Elmar Məmmədyarov bəyan edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Qarabağ münaqişəsinin nizamlanmasına dair xarici işlər nazirləri səviyyəsində Ermənistanla dialoq davam edəcək, baxmayaraq ki, Nyu-Yorkda keçirilən görüş onu “bir qədər məyus edib”.
“Son dəfə bir ay əvvəl ABŞ-da görüşdük. Artıq qeyd etmişəm ki, əfuslar olsun ki, biz danışıqlar barədə deyil, məhz görüş barədə danışmalıyıq. Baxmayaraq ki, ermənistanlı həmkarımla son görüş Minsk qrupunun iştirakı ilə Nyu-Yorkda keçirilib, sözün doğrusu, bir qədər məyus oldum”, - azərbaycanlı diplomat Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
“Əgər biz irəliləmək və həqiqətən bu mübahisənin siyasi yolla həllini istəyiriksə, əlbəttə ki, mənim sevdiyim söz olan “substantiv danışıqlara” başlamaq lazımdır – söhbətin gedəcəyi hər hansı bir substansiya olmalıdır. Bəli, biz danışıqlar aparırdıq, lakin Minsk həmsdərləri bir anda bildirdilər: başa düşürsünüz, təmas xəttində hərbi əməliyyatlar...”, - nazir qeyd edib.
Eyni zamanda, o əlavə edib ki, Qarabağda təmas xəttində vəziyyətin “kifayət dərəcədə gərgin” olmasına baxmayaraq, bütün bu illər boyu dialoq davam edir.
“Amma, obyektivlik üçün, son illər ərzində - sözgəlişi, nə qədər olar? – Praqada başlandı, sonra Madrid sənədi ilə nəticələndi – bütün zaman ərzində təmas xəttində vəziyyət gərgin olub. Buna baxmayaraq, biz məsələləri həll edə bilirdik, irəliləyirdik və kifayət qədər ciddi, maddələr üzrə danışıqlar aparırdıq ki, cari məsələləri həll edək – ilk növbədə, hərbi qulluqçuların öz kazarmalarına, daimi yaşaylş yerlərindən qovulan insanların isə evlərinə qayıtmaları üçün razılığa gəlməyə çalışırdıq. Bundan sonra qalan digər məsələləri həll etmək mümkün olardı , - Azərbaycan XİN başçısı bəyan edib.
“2008-ci ilin Madrid sənədi, sonra 2010-cu ildə onun təkrar baxılmış yeni versiyası, daha sonra isə Kazan sənədi yenidən işlənilir, yenidən işlənilir, lakin prinsipcə danışıqlar üşün təməl olaraq qalır. Biz hər zaman həmsədrlərə deyirik: heç yerə qaçmırıq, oturub İrəvanla hazırda masada olan sənədə dair konkret danışıqlar aparmaq lazımdır”, - azərbaycanlı diplomat vurğulayıb. **