Astara Rayon İcra Hakimiyyəti torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş vətəndaşlar üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə podratçı seçir. Bu barədə İH-nin elanında deyilir.
Seçim açıq tender üsulu ilə aparılır. İştirak haqqı – 500 manatdır.
Qalibin seçimi zamanı sas meyarlar aşağıdakılardır: aşağı qiymət, yüksək keyfiyyət, vaxtında icra, analoji işlərin həyata keçirilməsinə təcrübə.
Şirkətlərdən tender təklifləri 15 noyabr saat 18:00-dək qəbul olunur. Tender proseduru noyabrın 18-də saat 11:00-da baş tutacaq. **
X.Nəsirzadə