Cari ilin yanvar-sentyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 61,791 min nəfər işlə təmin olunub. Bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.
“Onlardan 21,978 mini qadınlardır”, - deyə məlumatda bildirilir.
Həssas qrupdan olan şəxslərin və gənclərin əmək bazarına çıxşının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib.
“Belə ki, işlə təmin edilənlərdən 14,989 mini gənclər, 3,676 mini məcburi köçkünlər, 1,805 mini isə əlilliyi olan şəxslər olub”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə