2019-cu ilin yanvar-sentaybr aylarında “AGBank”ın aktivləri 9,6% - 448,42 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Hesabat dövrünün sonuna bankın kredit portfeli 228,248 mln. manat (azalma 7,1% - İF) təşkil edib.
Oktyabrın əvvəlinə “AGBank”ın öhdəlikləri 398,62 mln. manat (azalma 10,2%) məbləğində olub.
30 sentyabr tarixinə bankda depozitlər 211,874 mln. manata (azalma 10,5%), o cümlədən əhalinin əmanətləri 148,234 mln. manata (azalma 1,3%) bərabər olub.
Hesabat dövrünün sonuna “AGBank”ın kapitalı 49 mln. 800,84 min manat (azalma 4,3%), nizamnamə kapitalı 103,8 mln. manat (dəyişməyib) təşkil edir.
Yanvar-sentyabr aylarının yekunları üzrə bankın xalis zərəri 2 mln. 283,27 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,7 dəfə azdır.
“AGBank” 1992-ci ildə yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir.**
Ə.Məmmədov