2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 180,6 mln. manat və ya hesabat dövründə ÜDM-nin 0,3%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 871,2 mln. manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 4?7%), xərcləri 16 mlrd. 690?6 mln. manat (artım 6?5%) təşkil edib.
Yanvar-sent aylarında Azərbaycan üzrə ÜDM-nin nominal həcmi 58 mlrd. 464,2 mln. manat təşkil edib.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manat, xərcləri üzrə 25 mlrd. 190 mln. manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat və ya ÜDM-nin 2,5%-i səviyyəsində proqnozlaşdırılır.**
X.Nəsirzadə