2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 42 mlrd. 202,7 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 6,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-sentyabr aylarında Azərbaycanda orta illik inflyasiya 2,6% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 5,7% - 3 min 914,2 manatadək artıb.
Yanvar-sentyabr aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 38 mlrd. 720,1 mln. manat qalır ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 6,6% çoxdur.
2018-ci ildə əhalinin nominal pul gəlirləri 9,2% artıb.**
X.Nəsirzadə