2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 6 mlrd. 273,8 mln. manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 7,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 2 mlrd. 966,5 mln. manat məbləğində heyvandarlıq, 3 mlrd. 307,3 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,1%, bitkiçilik məhsullarının istehsal həcmi 11% artıb.
Yanvar-sentyabr aylarında respublikada 375,5 min ton ət (artım 2,9%), 1 mln. 574 min ton süd (artım 1,5%), 1 mlrd. 386,1 mln. ədəd yumurta (artım 7%), 15,8 min ton yun (artım 1,4%) istehsal edilib. Bundan başqa, hesabat dövründə 643,7 ton barama istehsal edilib (artım 25,3%).
Hesabat dövründə ölkədə kənd təsərrüfatı bitkilərin yığımı davam edib. Belə ki, oktyabrın 1-nə 3,236 mln. ton dənlilər və dənli paxlalı bitkilər (artım 6,1%), 939,7 min ton kartof (artım 10,2%), 1 mln. 443,3 min ton tərəvəz (artım 11,2%), 445,1 min ton bostan məhsulları (artım 12,4%), 656,8 min ton meyvə və giləmeyvə (artım 11,7%), 165,4 min ton üzüm (artım 48,8%), 647,5 ton çay (azalma 12,1%), 33,7 min ton günəbaxan (artım 41,1%), 4,3 min ton tütün (azalma 10,7%) və 67,6 min ton şəkər çuğunduru (azalma 59,7%), 76,8 ton pambıq (artım 75,4%) yığılıb.
2018-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 4,6% artıb.**
X.Nəsirzadə