Azərbaycanda bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalının potensialı 26 min MVt gücündə qiymətləndirilir. Bunu energetika naziri Pərviz Şahbazov qeyd edib.
“Ölkədə bu gün elektrik enerjisinin 91,9%-i ənənəvi enerji resursundan – təbii qazdan alınır. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı isə ümumi istehsalın 8,1%-i həcmindədir. İri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mınbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dər, bu da ümumi gücün 17%-ni təşkil edir”, - Şahbazov “Respublika” qəzetindəki məqaləsində qeyd edir.
Nazir bildirib ki, qiymətləndirmələrə əsasən, Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı ümumilikdə 26 min MVt təşkil edir.
O bəyan edib ki, nazirlik qarşısında 2030-cu ilə qədər bərpa olunan enerji məınbələrinin payının 30%-dək artırılması hədəfi durur.
“Bərpa olunan enerji məınbələrindən istehsal ediləcək 1 mlrd. kVt/saat elektrik enerjisi hesabına 200 mln. kubmetr təbii qaza qənaət etməyə imkan verəcək”, - Şahbazov vurğulayıb. **
B.Rüstəmbəyov