2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1% - 2 mlrd. 400,939 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə avtomobil benzini istehsalı 0,9% - 914,9 min tonadək, dizel yanacağı istehsalında 7,7% - 1 mln. 635,7 min tonadək, birbaşa qovulan benzin istehsalı 19,7% - 202,4 min tonadək, soba mazutunun istehsalında 55,2% – 95 min tonadək artıb.
Yanvar-sentyabr aylarında kerosin istehsalında 1,9% - 460,1 min tonadək, sürtkü yağı istehsalı 84,3% – 17 min tonadək, neft bitumu istehsalı 15,6% - 185 min tonadək, neft koksu istehsalı 3,5% - 189,1 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda yalnız biz zavod - Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. **
B.Rüstəmbəyov