Son illərdə Azərbaycanın enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işləri nəticəsində enerji sisteminin səmərəliliyini artırmağa imkan yaradıb. Bu barədə energetika naziri Pərviz Şahbazov qeyd edir.
“Son 10 il ərzində elektrik enerjisinin istehsalı və paylanmasında itkilərin 22,6%-dən 10,5%-dək azalmasına nail olunub. Bundan əlavə, 1 kVt/saat elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfinin 331,6 qramdan 271,1 qrama qədər azaldılmasına nail olunub”, - Şahbazov “Respublika” qəzetindəki məqalədə bildirir.
Nazir vurğulayıb ki, hazırda enerji sisteminin optimallaşdırılması, xüsusilə, səmərəliliyin artırılması, yanacaq xərcləri və stansiyaların daxili sərfiyyatının azaldılması üzrə işlər davam edir.
“Generasiya güclərinin optimallaşdırılması və bərpası tədbirləri Azərbaycanda elektrik stansiyalarının imkan gücünün ən azı 500 MVt artırılmasına gətirməlidir”, - Şahbazov qeyd edib.
Azərbaycanın enerji sisteminin cari ümumi gücü 7546 MVt həcmində qiymətləndirilir. **
B.Rüstəmbəyov