2019-cu ilin 9 ayı ərzində ARNDŞ (SOCAR) 1 mlrd. 103,57 mln. kubmetr təbii qaz ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci yanvar-sentaybr aylarında SOCAR 871,812 mln. kubmetr qaz ixrac edib. Beləliklə, ixracın artımı 26,6% təşkil edeib.
“O cümlədən, 29019-cu ilin yanvar-sentyabr aylarında SOCAR 145,9 mln. kubmetr ixrac edib. Ümumilikdə, bu dövr ərzində Azərbaycandan qaz ixracı 2,66 mlrd. kubmetr təşkil edib”, - şirkətdən vurğulanıb.
Hazırda SOCAR yalnız Gürcüstana qaz ixrac edir.
Məlumata əsasən, hesabat dövrü ərzində ARDNŞ yeraltı anbarlara 2,11 mlrd. kubmetr təbii qaz vurub. “Hazırda qaz anbarlarında 2,9 mlrd. kubmetr qaz var və bu 2018-ci ilin analoji dövrünün göstəricisinə uyğundur”, - şirkətdən qeyd ediblər.
Azərbaycanda “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarları mövcuddur. “Qaradağ” yeraltı qaz anbarı Bakıdan 25 km cənub-şərqdə yerləşir və 1954-cü ildə istismara verilib. “Qalmaz” yeraltı qaz anbarı Bakıdan 75 km cənub-şərqdə yerləşir və 1955-ci ildə istismara verilib.**
B.Rüstəmbəyov